Ru
Bakı
USD
EUR
GBP
RUB

31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

news photo

14.08.2019 12:50 // Cəmiyyət

Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markası təqdim olunub.

Youthportal.az “Azərpoçt” MMC-yə istinadla xəbər verir ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75x95 millimetr, markanın ölçüsü isə 37x52 millimetrdir.

Markanın üzərində “31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub. Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Poçt markasının və “Birinci gün” zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Qeyd edək ki, mərasim çərçivəsində “Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov “Birinci gün” zərflərini xatirə ştempeli ilə möhürləyiblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi