Ru
Bakı
USD
EUR
GBP
RUB

31 mart soyqırımı ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

news photo

29.03.2018 14:42 // Siyasət

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Prezidentin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri keçirilir.

Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilir, kitab, foto və rəsm sərgiləri təşkil olunur, sənədli və bədii filmlər nümayiş etdirilir.

Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edirlər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi