Ru
Bakı
USD
EUR
GBP
RUB

“31 Mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümü” münasibətilə maarifləndirici tədbir keçirilmişdir

news photo

30.03.2018 16:17 // Siyasət

29 mart, 2018-ci ildə Gəncə Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların soyqırımının 100-cü ildönümü” münasibətilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə şəhərin orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri iştirak etmişlər. Çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov 100 il əvvəl xalqımıza qarşı törədilən bu amansız soyqırımın yerli və beynəlxalq miqyasda təbliğatının aparılmasının vacibliyinə toxunmuş və gəncləri bu sahədə aktv olmağa səsləmişdir. Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdir əvəzi Asim Məmmədov soyqırımın tarixi və vacib faktlar haqqında geniş məlumat vermiş və erməni-bolşevik birləşmələrinin xüsusi qəddarlıq və amansızlıqla icra etdikləri bu qətliamın son yüzilin ən dəhşətli cinayətlərindən biri olduğunu diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin – Ombudsmanın Gəncə Regional Mərkəzinin məsləhətçisi Həmid Nəsirov ombudsman Elmira xanım Süleymanovanın beynəlxalq təşkilatlara ünvanladığı müraciəti gənclər üçün səsləndirmiş və öz növbəsində tarixin silinməz izlərinin təkrarlanmaması üçün gəncləri qan yaddaşımıza diqqətlə yanaşmağa səsləmişdir.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi