Ru
Bakı
USD
EUR
GBP
RUB

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir (FOTO)

news photo

17.12.2018 16:11 // İdman

16 dekabr 2018-ci il tarixdə Şərur Olimpiya İdman Kompleksində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş oğlanlardan ibarət “Şərur”, “Naxçıvan”, “Kəngərli” və “Sədərək” rayon komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Youthportal.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edənlər ilk öncə idmançıları qarşıdan gələn həmrəylik günü münasibətilə təbrik etmiş və bildirmişlər ki, yoldaşlıq görüşünü keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 80 idmançı iştirak etmişdir. 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə təşkil edilən görüş beynəlxalq qaydalar əsasında keçirilmişdir. 

Yekun nəticəyə görə, 6-7 yaş qrupunda Fərman Məmmədov (-20 kq, Şərur), 8-9 yaş qrupunda Elgün Zeynalov (-23 kq, Kəngərli), Xəzər Məmmədli (-33 kq, Kəngərli), 10-11 yaş qrupunda Qafar Hüseynov (-30 kq, Naxçıvan), Həbib Əhmədov (-38 kq, Şərur), 12-13 yaş qrupunda Məhəmməd Abbaslı (-33 kq, Naxçıvan), Fuad Məmmədov (-48 kq, Sədərək), 14-15 yaş qrupunda Vüsal Seyidov (-52 kq, Naxçıvan) və 16-17 yaş qrupunda Baloğlan Qurbanov (-55 kq, Şərur), Murad Ələkbərov (-61 kq, Naxçıvan) bütün görüşləri qalib kimi başa vururaq I yerlərə layiq görülmüşlər. Komanda hesabında isə “Naxçıvan” komandası I yerə, “Şərur” komandası II yerə, “Kəngərli” komandası isə III yerə layiq görülmüşdür. Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi