Ru
Bakı
USD
EUR
GBP
RUB

3 qadın güləşçimiz dünya çempionatına qələbə ilə başladı

news photo

18.09.2019 11:03 // İdman

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Youthportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. 24 yaşlı idmançı (57 kq) təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə qarşılaşıb.

Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi (5:0) ilə başa çatıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq.

Tatyana Omelçenko da ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.

Eyni zamanda, Səbirə Əliyeva ilk mərhələdə Koreya güləşçisiylə gərgin keçən qarşılaşmadan qalib ayrılıb.

Trend

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi