Ru
Bakı
USD
EUR
GBP
RUB

3 Dekabr Beynəlxalq Əlillər Günüdür (FOTO)

news photo

05.12.2019 09:23 // Cəmiyyət

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BEC İB) ənənəvi olaraq hər il "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbirlər həyata keçirir.

İctimai Birlikdən Youthportal.az-a bildirilib ki, bu il həmin tədbiri Heydər Əliyev Sarayının rəhbərliyinin dəstəyi ilə tam təmənnasız olaraq elə həmin Sarayda təşkil etdi.

Dekabr ayının 3-də İctimai Birliyin təşkil etdiyi konsert proqramından əvvəl Sarayın foyesində əlilliyi olan insanların rəsm əsərləri və milli süvenirlərdən ibarət 100-ə yaxın əl işlərinin sərgisi nümayiş olundu.

Konsert proqramının açılışında Respublikanın Xalq Artisti Gülyanaq Məmmədova və 7-ci Muğam Müsabiqəsinin iştirakçısı, 1-ci qrup gözdən əlil Suma Tapdıqova ilə birgə duet ifa etdi. Sonra İB Mədəniyyət şöbəsinin nəzdində fəalyyət göstərən lal-kar uşaqlardan ibarət rəqs qrupunun ifası, İB-in üzvü, Sumqayıt Dövlət Universitetinin tələbəsi, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil Müslüm Müslümzadə, 2-ci qrup əlil Cavid Gözəlov, 2-ci qrup gözdən əlil Əzizə Niftəliyeva, Dövlət Konservatoriyasının 4-cü kurs tələbələri - 2-ci qrup gözdən əlil Həmid Əzizbəyli, Samir Əzimov, Rüzbah Talibinin ifaları alqışlarla qarşılandı. "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyəti üzvü, 1-ci qrup əlil Riad Sultanov, gənc aktrisa Zarina Qurbanova və San-Remoda keçirilən vokalçıların Beynəlxalq müsabiqəsi laureatı Nofəl Aslanovun ifa etdikləri "Notterdam kilsəsi" filmindən səhnəcik isə tamaşaçıların xüsusi rəğbətini qazandı.

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ bölgəsi üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov da bu tədbirin təşkilində və keçirilməsində yaxından köməklik etdi.

Sədr Tahir Xudiyev çıxışında bildirdi ki, hər bir fəaliyyətimiz dövlət və dövlətçiliyimizə dəstəkdir.  O, qeyd etdi ki, BEC İB yaranan gündən cəmi 5 nəfərə Fəxri Fərman verilib: Mübariz İbrahimov, "Bakılı oğlanlar", Zeyno Baran, Könül Xasıyeva və Avto-Baza.

İctimai Birliyin növbəti Fərxi Fərman isə əlilliyi olan və digər imtiyazlı şəxslərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Heydər Əliyev adına Sarayın direktoru, əməkdar incəsənət xadimi, şöhrət ordenli Fərhad Babayevə təqdim edildi.

Tədbirdə iştirak edən, demək olar ki, bütün dövlət təşkilatları, əlilliyi olan insanlar, ictimaiyyət və KİV nümayəndələri, təkcə Bakıdan deyil, hətta respublikamızın ucqar bölgələrindən xüsusi olaraq bu tədbirdə iştirak etməyə gələn "Beynəlxalq Əlillər Cəmiyyəti"nə rəğbət bəsləyən hamıya təşəkkürümüzü bildiririk. 

Maneçilik və təzyiqlər törədilməsinə baxmayaraq tədbirimiz  möhtəşəm keçdi. Bu maneəçilik törədilməsini hər kəs də çox gözəl hiss etdi. Tədbirdə 2000-ə yaxın tamaşaçı var idi. O gün olsun ki, tədbirlərimizi baba yurdum Şuşada, Ağdamda, Azərbaycanın bütün işğal olunmuş ərazilərində keçirək.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi