Ru
Bakı
USD
EUR
GBP
RUB

Şimali Kipr telekanalında Heydər Əliyevə həsr olunan veriliş yayımlanıb

news photo

10.05.2017 17:56 // Siyasət

Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) tərəfindən Kiprin iki ən reytinqli televiziya kanalında – “Kıbrıs TV” və “Ada TV”-də “Heydər Əliyev və Azərbaycan Saatı” adlı veriliş canlı olaraq yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, canlı yayım lik olaraq “Kıbrıs TV” kanalında baş tutub. AKDC-nin sədri Orxan Həsənoğlu, Sankt Peterburqda fəaliyyət göstərən Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov və AKDC-nin sədr müavini Fuad Səfərəliyevin iştirakı ilə baş tutan verilişdə diaspor fəalları ulu öndər Heydər Əliyevin həyatından və ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs ediblər.

Daha sonra “Ada TV” kanalında canlı yayımda efirdə olan qonaqlar burada da ulu öndərin keçdiyi şərəfli həyat yolu və uğurlu fəaliyyətindən söz açıblar. Hər iki kanalda bir saatdan artıq yayımlanan verilişlərdə, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin sosial-iqtisadi inkişafı haqqında da tamaşaçılara geniş məlumat verilib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi