Ru
Bakı
USD
EUR
GBP
RUB

Anti-dopinq seminarı keçiriləcək

news photo

08.02.2018 15:18 // İdman

Fevralın 15-də AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AMADA) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçiriləcək. Tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak edəcəklər .

AMADA-dan Youthportal-a bildiriblər ki, seminarda Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) kimi mövzular müzakirə olunacaq.

Mühazirəçilər Fərhad Abasov (hüquqşünas, AMADA), Emil Hacıyev (analitika üzrə menecer, AMADA), Kəmalə Babayeva (dopinq nəzarəti meneceri, AMADA) və Fərid Əliyev (Terapevtik İstifadəyə İcazə (TUE) Komitəsinin sədr müavini) olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi