Ru
Bakı
USD
EUR
GBP
RUB

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib

news photo

02.02.2018 14:06 // İdman

2018-ci ildə keçiriləcək "Formula-1" üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib.

Youthportal xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər.

Bu il aprelin 27 - 29-da keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi