Ru
Bakı
USD
EUR
GBP
RUB

Kişi boksçular arasında Azərbaycan çempionatının finalçıları müəyyənləşib

news photo

31.01.2018 12:17 // İdman

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

Youthportal xəbər verir ki, 39 komandanın iştirak etdiyi yarışın beşinci günündə - yanvarın 30-da yarımfinal görüşləri keçirilib. On çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adları müəyyənləşib.

Finalda Hacıbala Fərzəliyev (49 kq) Araz İmaməliyevlə, Məsud Yusifzadə (52 kq) Ramazan Abdullayevlə, Tayfur Əliyev (56 kq) Ümid Rüstəmovla, Sayad Lalayev (60 kq) Cavid Çələbiyevlə, Fərid Ağamoğlanov (64 kq) Elvin İsayevlə, Nicat Məmmədov (69 kq) Elnur Süleymanovla, İsmayıl Hüseynov (75 kq) Hidayət Musayevlə, Eldar Quliyev (81 kq) Rauf Rəhimovla, Qulaməli Aslanov (91 kq) Rahil Məmmədli ilə, Ağalar Sadıqzadə (91 kq-dan yuxarı) isə Məhəmməd Abdullayevlə üz-üzə gələcək.

Çempionata sabah yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi