Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Respublikası tərəfindən Yəmənə yardım göstərilmişdir (FOTO)

news photo

25.04.2017 19:09 // Siyasət

25 aprel 2017-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil etmişdir.

YouthPortal-a verilən məlumata görə Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyi və ölkəmizin müsəlman ölkələri ilə İslam həmrəyliyi prinsipinə sadiqliyini nəzərə alaraq, genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Azərbaycan Respublikası tərəfindən Donor Konfransı çərçivəsində maliyyə yardımı göstərilmişdir.

Hazırda Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir. Bu ölkədə 2015-ci ilin mart ayından etibarən getdikcə artan münaqişə milyonlarla insanın həyat təhlükəsizliyini və fundamental haqlarını risk altına qoyaraq geniş böhranının yaranmasına səbəb olmuşdur. Yəməndə təxminən 19 milyon insanın yardıma ehtiyacı vardır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi