Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda beynəlxalq karate turniri keçiriləcək

news photo

27.12.2017 19:51 // İdman

Yeni ilin ilk günlərində Bakıda ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Youthportal. az xəbər verir ki, 13-14 yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" klubunun birgə təşkil etdiyi, 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yarışın təntənəli açılış mərasimi ayın 14-də saat 17:00-da olacaq.

2-ci "Arpachay Open" beynəlxalq karate turnirindən bir gün əvvəl isə 5 qat dünya və 13 dəfə avropa çempionu Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarı təşkil olunacaq. Bu seminar da 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunur.

Hər iki idman tədbiri Bakı İdman sarayında keçiriləcək. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaq. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatamiyə çıxacaq. Fərdi kata və kumite yarışlarından əlavə, kumitedə komanda çıxışları da olacaq.

7 yanvar tarixində gün ərzində İnter Arenada yerləşən AMKF-in təlim-məşq bazasında yarış iştirakçılarının qeydiyyatı aparılacaq.

http://az.karate.az/news/712

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi