Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəhriyar Məmmədyarov “Şelkunçik” matç-turnirində ən yaxşı nəticə göstərib

news photo

25.12.2017 21:00 // İdman

Moskvada Milad bayramı ərəfəsində keçirilən “Şelkunçik” adlı ənənəvi matç-turnir başa çatıb. Qələbə uğrunda 16 idmançı mübarizə aparırdı: 8 təcrübəli qrossmeyster (hər biri dörd kişidən ibarət “Krallar” və hər biri dörd qadından ibarət “Kraliçalar” komandaları) və səkkiz gənc şahmatçı (hər biri dörd gənc oğlandan ibarət “Şahzadələr” və hər biri dörd qızdan ibarət “Şahzadə xanımlar” komandaları).

Youthportal. az xəbər verir ki, “Krallar” komandasının heyətində azərbaycanlı Şəhriyar Məmmədyarov, israilli Boris Gelfand, latviyalı Aleksey Şirov və rusiyalı Sergey Rublyovski çıxış edirdi. “Şahzadələr” komandasının şərəfini rusiyalılar Qriqori Oparin, Vladislav Artemyev, Andrey Yesipenko, Daniil Yuffa qoruyurdu.

“Kraliçalar” komandasına Yekaterina Kovalevskaya, Qalina Strutinskaya, Tatyana Qrabuzova (hər üçü Moskvadan) və Belarusdan Yelena Zayats daxil idi. “Şahzadə xanımlar” komandası Aleksandra Maltsevskaya, Yelizaveta Solojenkina, Yekaterina Qoltseva və Aleksandra Dimitrovadan ibarət heyətlə təmsil olunurdu.

Şeveningen sistemi üzrə keçirilən turnir iki dövrədən ibarət idi: bir dövrə - klassik şahmat üzrə və bir dövrə - sürətli şahmat üzrə. Klassik şahmatda qalib gəlmiş oyunçuya iki xal, heç-heçə halında hərəyə bir xal, məğlub olan oyunçuya sıfır xal; sürətli şahmatda isə qalib gəlmiş oyunçuya bir xal, heç-heçəyə görə 0,5 xal, məğlub olan oyunçuya sıfır xal hesablanır.

Turnirin yekunlarına əsasən “Krallar” “Şahzadələr”ə 31,5:32,5 hesabı ilə uduzublar, “Kraliçalar” isə “Şahzadə xanımlar”a 33,5:30,5 hesabı ilə qalib gəliblər.

Aşağıdakı idmançılar öz komandalarında ən yaxşı fərdi nəticə göstəriblər: Şəhriyar Məmmədyarov (“Krallar”) – 11 (7+4), Vladislav Artemyev (“Şahzadə oğlanlar”) – 11,5 (5+6,5), Yekaterina Kovalevskaya (“Kraliçalar”) – 12 (7+5), Aleksandra Maltsevskaya (“Şahzadə xanımlar”) – 9 (4+5).

Qalib komandalara kubok və pul mükafatı verilib. Mütləq yaxşı nəticələr göstərmiş (klassik şahmat + sürətli şahmat) idmançılara xüsusi mükafatlar təqdim edilib. Bundan əlavə, təşkilatçılar yarışda yaradıcı nailiyyətlərə görə mükafatlar təyin ediblər.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi