Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

news photo

12.04.2017 17:56 // Siyasət

Avropa Parlamentinin böyük nümayəndə heyəti may ayında Azərbaycana səfər edəcək.

Bu barədə Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə (AP) səfəri çərçivəsində AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid Makallister ilə görüşündə bildirilib.

Görüşdə həmçinin, Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim, Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai, AP Prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak ediblər.

D.Makallister bildirib ki, cari ilin may ayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətindədirlər.

Görüş zamanı D.Makallister işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub. O, Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. O, bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünü və onlara AP-nin adını istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrin və “seçkiləri” müşahidə etmələrinin yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.

Sonra Avronest PA-nın həmsədri xanım Rebeka Harms və AP-nin Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyətə dair suallarının Səməd Seyidov tərəfindən cavablandırılmasını xahiş ediblər. Milli Məclisin komitə sədri insan hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı Azərbaycanda atılan son addımlar haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb. S.Seyidov son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən əfv fərmanlarını, Cinayət Məcəlləsinin humanistləşdirilməsi və mədən sənayesində şəffaflığın təmin olunması ilə bağlı imzalanmış sərəncamlar haqqında ətraflı məlumat verib.

AP və Milli Məclis arasında ikitərəfli əlaqələrin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin zərurəti qeyd olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Qobustan rayonunda zəlzələ olub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi