Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Fondunun yaradılmasının 5 illiyi qeyd edilib

news photo

22.12.2016 13:51 // Siyasət

Dekabrın 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbirdə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb.

Fondun fəaliyyəti barədə məlumat verən F.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılan qurum dövlət gənclər siyasətinin həyata keçirilməsinə mühüm töhfə verir. Beş il ərzində Fonda 7098 layihə daxil olub. Onlardan 3341-i dəstəklənib. Həmin layihələrin 94-ü beynəlxalq layihələrdir. Onlardan 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov isə bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin dünyada model, nümunə siyasət kimi qəbul olunduğunu bildirib.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov bildirib ki, gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondu mühüm rol oynayıb: "1992-ci 1993-cü illərdə dövlətçiliyə qarşı yönələn ambisiyalı qüvvələr gənclərdən istifadə edirdilər. Gəncləri ayrı-ayrı düşərgələrə bölərək onların enerjisindən istifadə edirdilər. Ona görə də Heydər Əliyev ilk növbədə gənclərə xüsusi diqqət ayırdı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Heydər Əliyev bir neçə taleyüklü məsələ sırasına gənclər siyasətini də daxil etdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı".

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan gəncliyi fərqlidir. Xarici şirkətlərdə, diplomatlar sırasında bacarıqlı gənclərimiz var. Dövlət orqanlarında, parlamentdə qabiliyyətli gənclərimiz var. Gənclərimiz bütün səviyyələrdə Azərbaycanı təmsil etməyə qadirdir. Gənclər siyasətinin nəticələri göz qabağındadır. Azərbaycan gəncləri bu gün həm də idman sahəsində böyük uğurlar qazanır, ilk onluqda, iyirmilikdə qərarlaşıb. Bu da gənclər və idman siyasətinin uğurunu göstərir.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi