logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Ölkə çempionatına yekun vurulub
news photo

09.10.2017 16:13 // İdman

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirilib. 2 gün davam edən yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

Youthportal.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər veriri ki, ölkə çempionatının proqramına əsasən, iştirakçılar 500 metr, 2 və 3 km məsafəyə fərdi ötüşmə, həmçinin skretç növündə mübarizə aparıblar. Qızlar arasında Ayan Xankişiyeva həm 500, həm də 2 km məsafəyə fərdi ötüşmədə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

U-15 yaş kateqoriyasında çıxış edən Nikita Sitov 500 metr və 2 km məsafələrə fərdi ötüşmədə 1-ci olsa da, 7 km məsafəyə skretç növündə Kamran Mirzəxanovu özündən irəli buraxmaqla 2-ci yeri tutub. U-17 kateqoriyasında Nəcəf Bağırov 500 və 2 km məsafələrə fərdi, 7 km məsafəyə skretç yarışında hamıdan güclü olub. Və nəhayət, gənclər arasında İvan Orlov 500 metr və 3 km-ə fərdi, 10 km məsafəyə isə skretç yarışında Azərbaycan çempionu adını qazanıb.

Mükafata layiq yerlər tutmuş velosipedçilər diplom və hədiyyələr, həmçinin pul mükafat ilə təltif ediliblər.

Aleksandr Averin - yığma komandanın baş məşqçisi

“Artıq mövsümə yekun vururuq və bu bizim cari ildə keçirdiyimiz son yarışdır. Azərbaycan çempionatının maraqlı edən daha bir məqam yarışın nəticələrinin Beynəlxalq Velosipedçilər İttifaqına (UCİ) göndərilməsidir. Yəni mükafata layiq yerlər tutmuş idmançılar bununla öz reytinqlərini xeyli artıracaqlar və bu da beynəlxalq yarışlarda iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır. Elə bunu nəzərə almaqla idmançıların bu yarışa necə önəm verdiyini hiss etmək çətin deyil”.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook