Ru
Bakı
USD
EUR
GBP
RUB

Ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanacaq

news photo

22.12.2016 14:38 // Siyasət

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanacaq.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov APA-ya açıqlamasında bildirib ki, bu qaydalar və mexanizm prezident İlham Əliyevin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə 2009-cu il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən həyata keçiriləcək. O deyib ki, bu məsələ Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb və qeyd olunub ki, mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrində ödənişli qəbul planının ləğv edilməsi və yalnız dövlət sifarişli ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərə alaraq yeni qəbul və yerləşdirmə mexanizmləri hazırlanmalıdır: “Təhsil Nazirliyi hazırda bu məsələ üzərində işləyir və yeni qəbul və yerləşdirmə mexanizmləri hazırlanır. Qəbul və yerləşdirmə ilə bağlı dəyişikliklər icraçı qurum olaraq Təhsil Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək və təsdiq edildikdən sonra tətbiq olunmağa başlanacaq. İndidən hansı dəyişiklərin ediləcəyini demək tezdir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da göstərilib ki, bu məsələlər 2018-ci ilə kimi hazırlanmalıdır. Əgər 2018-ci ilə kimi yeni hazırlanan qaydalar təsdiq ediləcəksə, onların tətbiqi 2018/2019-cu tədris ilindən mümkün ola bilər”.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi