logo
Ru
Bakı
USD
EUR
GBP
RUB
Futbol üzrə Azərbaycan milli komandasının Çexiya ilə oyununun hakimləri müəyyənləşib
news photo

03.10.2017 09:34 // İdman

Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsindəki Çexiya yığması ilə oyunun hakimləri müəyyənləşib.

Youthportal.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Oyunun

baş hakimi Benua Miyo olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Julien Paçelli və Bertran Juanno kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, "C" qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Görüşə saat 20:00-da start veriləcək.

Qrupda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

“Özünlə başla!” Sabunçu Yay Məktəbi (FOTO)

Bakıda musiqi bayramı keçirildi (FOTO)

Napoleonun papağı 350 minə satıldı

22 iyunda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook