Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakıda 12 ölkənin Milli Olimpiya Komitəsinin forumu başlayıb

news photo

29.09.2017 18:14 // İdman

Bu gün MDB, Baltikyanı və Gürcüstan ölkələrinin milli olimpiya komitələrinin forumu öz işinə başlayıb. Azərbaycan Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbir 2 gün davam edəcək.

12 ölkənin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Forumda adı çəkilən milli olimpiya komitələrinin prezident, vitse-prezident və digər üzvləri qatılıb. Azərbaycanı tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edir.

Forumun koordinatoru, Rusiya Olimpiya Komitəsi Təşkilat Komitəsinin sədri Yuriy Yureviç tədbirin MOK-lar arasında əlaqələrin möhkəmlənməsi və fikir mübadiləsinin Olimpiya hərəkatında rolunu vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinin qeyd edildiyini bildirib. Nazir atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızda Olimpiya hərəkatının inkişafından söhbət açıb.

Forumun açılışında çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ölkəmizin zəngin idman ənənələrinə sahib olduğunu deyən Koçijançiç forumda maraqlı mövzuların müzakirə olunacağını diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra forumun üzvləri Olimpiya Hərəkatı, Olimpiya və Avropa Oyunları, Olimpiya gündəliyi-2020, idmanın təşviqi və digər mövzularda çıxışlar edib.

Qeyd edək ki, forumda bu gün məruzələr dinlənəcək. Sabah isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi