Ru
Bakı
USD
EUR
GBP
RUB

2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir

news photo

15.02.2019 16:30 // İdman

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.

Youthportal.az xəbər verir ki, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.

Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.

Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi