Ru
Bakı
USD
EUR
GBP
RUB

2021-ci ildə qadın futbolçular arasında Çempionlar Liqasının final oyununa Höteburq ev sahibliyi edəcək

news photo

30.05.2019 16:28 // İdman

UEFA Çempionlar Liqasının qadın futbolçular arasında 2021-ci ildə keçiriləcək finalına İsveçin Höteburq şəhəri ev sahibliyi edəcək.

Youthportal.az xəbər verir ki, bu barədə qərar UEFA-nın Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

“Qamla Ullevi” stadionunda keçiriləcək oyun Höteburq şəhərinin 400 illiyinə həsr olunacaq.

2010-cu ildən kişilər və qadınlar arasında Çempionlar Liqasının final oyunu eyni stadionda təşkil olunurdu. Ancaq cari ildə bu qərar dəyişdirilib. Belə ki, Çempionlar Liqası yarışlarının 2018-2019-cu il mövsümün qalibi Macarıstanın paytaxtı Budapeştdə müəyyənləşib. “Lion” komandası “Barselona”nı məğlub edərək turnirin qalibi olub. Gələn il final oyununa Avstriyanın paytaxtı Vyanadakı “Viola Park” arena ev sahibliyi edəcək.

İsveç qadınlar arasında Çempionlar Liqasının final matçına ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi