Ru
Bakı
USD
EUR
GBP
RUB

2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq

news photo

30.07.2018 16:27 // High-tech

2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq.

İnformasiya texnologiyaları sənayesi artıq "5G" dövrünə keçid mərhələsindədir. İlk beşinci nəsil kommersiya şəbəkələri yaxın vaxtlarda işə salınmalıdır.

Youthportal.az "3dnews.ru" saytına istinadla xəbər verir ki, "Qualcomm" şirkətinin nümayəndəsi bildirir ki, avtomobil sektoru üçün gecikmənin xeyli azalması böyük əhəmiyyət kəsb edir: Bu göstərici 1 ms səviyyəsində olacaq. Müqayisə üçün, adi "4G" şəbəkələrində bu göstərici təxminən 20 ms təşkil edir.

Beləliklə, internetə qoşulmuş və sürücüsüz idarə olunan nəqliyyat vasitələri real vaxt rejimində bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi edə biləcək. Nəticədə, yeni nəsil nəqliyyat sistemlərinin istifadəyə verilməsi üçün təməl qoyulacaq.

ABŞ şirkətinin məlumatına görə, 2021-ci ildə "5G" texnologiyasını dəstəkləyən kommersiyayönümlü avtomobillər əlçatan olacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi