Ru
Bakı
USD
EUR
GBP
RUB

2020-ci ildən milyonlarla istifadəçinin “WhatsApp” messenceri işləməyəcək

news photo

11.12.2019 17:00 // High-tech

2020-ci ildən milyonlarla qurğu “WhatsApp” messencerini dəstəkləməyəcək.

Youthportal.az “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bu sıraya əsasən iOS 8 “iPhone”, həmçinin 2.3.7 “Android” və ya daha köhnə versiyalı operativ sistemə malik qurğular daxildir. Onların sahibləri 2020-ci il fevralın 1-dən etibarən “WhatsApp” messencerindən istifadə edə bilməyəcək.

Messencer, həmçinin 2019-cu il dekabrın 31-dən “Windows Phone” operativ sistemli qurğularda da çalışmayacaq.

“Apple” kompaniyası noyabr ayında geoloji lokasiya və məlumatların sinxronlaşması servislərinin düzgün işləməsi üçün 2012-ci il və daha öncə buraxılmış qurğuların yenilənməsinin vacibliyi barədə istifadəçiləri xəbərdar etmişdi. Proqram təminatı versiyasını yeniləməyən istifadəçilər “App Store” mağazası, “bulud saxlancı”, “iCloud” elektron poçtu və bir sıra digər proqramlardan istifadə edə bilməyəcək. Həmçinin bu qurğularda təqvim və vaxt da düzgün göstərilməyəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi