Ru
Bakı
USD
EUR
GBP
RUB

2020-ci ildə Tokioda keçiriləcək Olimpiadanın ilk biletləri mayın 9-da satışa çıxarılacaq

news photo

18.04.2019 14:54 // İdman

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının ilk biletləri mayın 9-da satışa çıxarılacaq.

Youthportal.az xəbər verir ki, bu barədə Oyunların Yaponiya Təşkilat Komitəsi məlumat yayıb. Bildirilir ki, biletlərin ilk komplekti xüsusi lotereya da oynanılacaq. Bu biletləri əldə etmək istəyənlər Oyunların saytında qeydiyyatdan keçməli və bu barədə müraciət yerləşdirməlidirlər. Biletlərin potensial alıcıları Yaponiya ərazisində yaşamalıdırlar. Lotereyanın nəticələri iyunun 20-də elan ediləcək.

Cari ilin payızında biletlərin satışının ikinci mərhələsi başlanacaq və bu mərhələdə ilk turda müraciət edən, lakin bilet uda bilməyənlər iştirak edəcəklər. Oyunlara biletlərin sərbəst satışına yalnız 2020-ci ilin yazında başlanacaq. Təşkilatçılar qeyd edirlər ki, tamaşaçılara təklif olunan milyonlarla biletin qiyməti 2500 yen (təqribən 22 dollar), əsas paket üçün isə 8000 yen (təqribən 72 dollar) müəyyən edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi