Ru
Bakı
USD
EUR
GBP
RUB

“2020-ci ildə Könüllülük hərəkatının təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu” adlı görüş keçirilib (FOTO)

news photo

16.01.2020 15:10 // Gənclər üçün

15 yanvar 2020-ci il tarixində Sabunçu Gənclər Evində " 2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu" adlı görüş keçirildi.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm Məcidova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsinin  ARGTMŞ və ümumiyyətlə bütün  gənclər təşkilatları üçün könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirdi. O qeyd etdi ki, cənab Prezidentin bu sərəncamı ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Daha sonra ARGTMŞ-nın layihələr üzrə katibi Azər Əliyev çıxış edərək ARGTMŞ-nın “Könüllülük ili” ilə əlaqədar nəzərdə tutulan gələcək fəaliyyət planı barədə iştirakçılara ətraflı məlumat verdi.

Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi İlyas İsmayıllı öz könüllülük təcrübəsini iştirakçılarla bölüşərək, könüllülüyün cəmiyyətə qatdığı töhfə haqqında məlumat verdi. O qeyd etdi ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətin buna ehtiyacı olan üzvlərinə qayğı göstərmək və eyni zamanda, dəyərli iş təcrübəsi qazanmağın vacib bir yoludur.

Görüşdə bir çox mövzular, o cümlədən ARGTMŞ-nın könüllülük hərəkatı ilə əlaqədar fəaliyyət planının təqdimatı, gənclər təşkilatlarının 2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu və gənclər təşkilatlarının bu il üzrə fəaliyyət planlarında prioritet istiqamətlər müzakirə edildi.

Tədbirin sonunda gənclər təşkilatlarının “Könüllülər ili” ilə bağlı təklifləri dinlənildi.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi