Ru
Bakı
USD
EUR
GBP
RUB

2019-cu ildə F1 Meksika Qran-Prisi son dəfə keçirilə bilər

news photo

10.12.2018 16:30 // Formula 1

Formula 1 Meksika Qran-Prisi 2019-cu ildən sonra öz fəaliyyətini dayandıra bilər. 

Youthportal.az xəbər verir ki, bunun səbəbi Meksika hökumətinin gələn ildən sonra bu yarışları dəstəkləmək niyyətinin olmamasıdır. Keçmiş idmançı və hazırda Milli İdman Komitəsinin üzvü olan Ana Qabriela Qevara “F1i” portalına deyib: “Bu problemin həlli yollarını araşdırmalıyıq. 

Hökumətin niyyəti aydındır, o, vergi ödəyicilərinin pullarını Formula 1 mərhələsi keçirməyə xərcləmək istəmir. Meksikada əhalinin böyük hissəsi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır, Formula 1-in Meksikaya qayıtması isə korrupsiya halları ilə müşayiət olunub. 

Yarışların Meksikaya qayıtması üçün həddindən artıq çox rüşvət verilib”. Qeyd edək ki, Meksika Qran-Prisi ard-arda dörd dəfə mövsümün ən yaxşı mərhələsi elan olunub.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi