Ru
Bakı
USD
EUR
GBP
RUB

20 Yanvar şəhidlərinin xatirəsi Heydər Əliyev Sarayında anılıb

news photo

18.01.2019 17:13 // Cəmiyyət

Bu gün Heydər Əliyev Sarayında 20 Yanvar - Ümumxalq Hüzn Gününün 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Saraydan Youthportal.az-a verilən məlumata görə, tədbirdən öncə Sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab stendinə baxış keçirilib. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O, 1990-ci il Yanvar ayında baş verənlərin insanlığa qarşı törədilmiş teror hadisəsi olduğunu və faciənin təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildirib. F.Babayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi, o cümlədən qadağan olunan silah və sursatlardan istifadə olunaraq uşaqların, qadınların, qocaların gülləbaran edilməsi haqqında geniş məruzə ilə çıxış edib.

Çıxış edənlər tədbir iştirakçılarına, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.

Tədbir 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi