Ru
Bakı
USD
EUR
GBP
RUB

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Filarmoniyada da anılacaq

news photo

10.01.2019 17:21 // Cəmiyyət

Yanvarın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

Youthportal.az xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsinin anılacağı tədbirdə qəhrəman oğul və qızlarımızın ömür yolundan bəhs edən fotosərgi də açılacaq.

Vətənpərvərlik ruhunda bəstələnmiş bədii kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi