Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının sayı 124-ə çatıb

news photo

21.12.2016 15:00 // Siyasət

Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin növbəti məclisi keçirilib. YouthPortal.az – a verilən məlumata görə, tədbirdə ARGTMŞ-ın üzvü olan gənclər təşkilatının rəhbər və nümayəndələri iştirak edib.

Məclis ARGTMŞ-ın yeni üzvlərinin qəbulu və məlumatlandırılması, Baş Katibin təyin olunması, ARGTMŞ-ın 2017-2018 illər üzrə İnkişaf Strategiyasının qəbul olunması və cari məsələlərin müzakirə olunması məqsədi ilə həyata keçirilib.

Məclisin əvvəlində ARGTMŞ Məclis sədri vəzifəsinə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlının namizədliyi irəli sürülüb və üzv təşkilat rəhbərlərinin səsverməsi nəticəsində məclis sədri seçilib. Ardınca məclisdə ARGTMŞ-a yeni üzv təşkilatlarının qəbul olunması ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi və "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi tam hüquqlu üzvü, “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi, "Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyi, "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyi, "Azərbaycan-Slavyan Gənclər Assosiasiyası" İctimai Birliyi, “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi, "Bakı Beynəlxalq Tələbə Klubu" İctimai Birliyi, "Gəncliyə Dəstək" İctimai Birliyi, “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi və "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyi assosiativ üzvü seçilib və beləliklə, ARGTMŞ üzv təşkilatlarının sayı 124-ə çatıb.

Məclis zamanı Milli Şuranın Mərkəzi-Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən hesabat təqdim olunub. Daha sonra Məclis tərəfindən ARGTMŞ Fəaliyyət Hesabatı və ARGTMŞ İnkişaf Strategiyasının qəbul olunması ilə bağlı qərar verilib. Məclisin gedişatında ARGTMŞ-da iki il fəaliyyət göstərən Leyla İsrafilova Baş katib vəzifəsinə təyin olunub. Məclis zamanı həmçinin, ARGTMŞ-nın Üzv təşkilatlarla iş üzrə Departament rəhbəri Elmar Quliyev üzv təşkilatlar üçün təklif etdiyi xidmətlər paketinin təqdimatını keçirib. Məclisin sonunda Milli Şuranın fəaliyyəti ilə bağlı cari məsələlər müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, may ayının 26-da ARGTMŞ-ın Hesabat-Seçki Qurultayı baş tutub. Qurultay zamanı ARGTMŞ-ın keçmiş Baş Katibi Seymur Hüseynov ARGTMŞ-ın sədri seçilib. Həmçinin, Azərbaycan Skautlar Assosiyasının sədri İlyas İsmayıllı və “Gələcəyə Körpü” İctimai Birliyinin fəal üzvü Aysun Zeynalova sədr müavinləri seçilib. Daha sonra, ARGTMŞ-ın İdarə Heyəti və Mərkəzi-Təftiş Komissiyasının üzvləri müəyyən olunub. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Təşkilat ölkənin ictimai-siyasi həyatın da yaxından iştirak edən 114 gənclər təşkilatı, 100 minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi