Ru
Bakı
USD
EUR
GBP
RUB

“2 fevral-Gənclər günü” münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir (FOTO)

news photo

04.02.2019 12:13 // İdman

2 fevral 2019-cu il tarixdə İslamHümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “2 fevral-Gənclər günü” münasibətilə yeniyetmə və gənclər (2003-2005-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir.

Youthportal.az xəbər verir ki,  Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və gənclər günü haqqında idmançılara geniş məlumat vermişdir. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-ə yaxın idmançı öz güclərini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə Nicat Ocaqquliyev 35 kq, Bağır Bağırzadə 38 kq, Samir Bağırzadə 41 kq, Rəvan Novruzov 44 kq, Uğur Məmmədov 47 kq, Turqay Allahverdiyev 52 kq, Kəramət Xudiyev 57 kq, Heydər Nəcəfov 62 kq, Ayxan İsmayılov 68 kq, Ramazan Kərimov 75 kq və Rəvan Bayramov 85 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. 

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi