Ru
Bakı
USD
EUR
GBP
RUB

2 Fevral “Gənclər günü”nün loqotip qalibi bəlli oldu

news photo

31.01.2020 13:59 // Gənclər üçün

13 Yanvar 2020-ci il tarixindən başlayaraq Gənclər və idman nazirliyi rəssam və  dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı loqo müsabiqəsinin başlandığını elan etdi.  

18 Yanvar tarixinədək davam edən müsabiqənin əsas şərti təqdim olunan logonun  məhz 02.02.2020 tarixini əks etdirməsi idi.

Müsabiqəyə 97 müəllif tərəfindən 300-dən çox Logo təqdim olundu.  Nəticədə təqdim edilən Loqolar arasında Ehtiram İbrahimovun müəllifi olduğu loqo qalib seçildi.

26 yaşlı İbrahimov Ehtiram Etibar oğlu qrafik dizaynerdir. Hazırda  "Code Akademiya"da qrafik və veb dizayn təhsili alır.

Müsabiqə qalibinin təltif edilməsi isə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçiriləcək istedalı və yaradıcı gənclərin mükafatlandırma mərasimində həyata keçiriləcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi