Ru
Bakı
USD
EUR
GBP
RUB

“İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimatı keçirələcək

news photo

21.12.2016 12:00 // Siyasət

Bu gün, saat 15:00-da, “Fairmont Baku” otelinin “Nizami Gəncəvi” zalında “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçiriləcək. YouthPortal.az – a verilən məlumata görə, filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Azərbaycan respublikasının Gənclər və idman nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” Informasiya-Kommunikasiya Texnologiyalari Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində 3 dildə (azərbaycan, rus, ingilis) istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir ki gizlədilməyə çalışması haqqındadır. Film İrəvan şəhərinin salınmasından, şəhərdə türk – müsəlman hakimiyyətindən, İrəvan qalasından, məscidlərdən, meydanlardan, karvansaraylardan, ticarət köşklərindən, hamamlardan, bağlardan, İrəvanın Çar Rusiyası tərəfindən işğalından və demoqrafik vəziyyətdən, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsindən, azərbaycanlıların oradan köçürülməsindən, müasir və ən nahəyət İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlardan və təsvirlərdən bəhs edir.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov və PA şöbə müdiri Əli Həsənov da iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi