Ru
Bakı
USD
EUR
GBP
RUB

İlham Əliyev Angela Merkelə başsağlığı verib

news photo

21.12.2016 12:30 // Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Federal Kansler, Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi