Ru
Bakı
USD
EUR
GBP
RUB

Alen Prost: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub

news photo

24.06.2017 14:16 // İdman

İyunun 23-də Fransa səfirliyinin təşkilatçılığı ilə Formula-1 yarışlarının dördqat dünya çempionu “Renault Sport” komandasının məsləhətçisi Alen Prostun mətbuat konfransı keçirilib.

Alen Prost deyib: “Azərbaycan Qran-Prisində iştirak etmək böyük şərəfdir. Bütün məsələlər ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda, sevindiricidir ki, Formula-1 yarışının coğrafiyası genişlənir”.

Əfsanəvi pilot Bakı şəhər trekinin konfiqurasiyasını xüsusi vurğulayaraq bildirib: "Trek uzun və mürəkkəb dar döngələrlə çox maraqlıdır. Hesab edirəm ki, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən olacaq. Trasın mürəkkəbliyi sərbəst yürüşlərdə baş verən qəzalarda da özünü göstərdi. Ümid edirəm ki, növbəti iki gündə pilotlar səhvlərdən qaça biləcəklər".

Prost qeyd edib ki, Konstruktorlar Kubokunda 7-ci yerdə olan "Renault" komandası 5-ci yer uğrunda mübarizə aparmağa çalışacaq. Lakin o, Bakıda bu məqsədə nail olmağın çətin olduğunu bildirib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi