Ru
Bakı
USD
EUR
GBP
RUB

17 noyabr –“Milli Dirçəliş Günü”nün qeyd edilməsi məqsədilə Şahmat üzrə Ordubad rayon turniri keçirilmişdir (FOTO)

news photo

19.11.2018 15:34 // Cəmiyyət

16-17 noyabr 2018-ci il tarixlərdə Ordubad şəhər Şahmat Məktəbində rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 17 noyabr –“Milli Dirçəliş Günü”nün qeyd edilməsi məqsədilə Şahmat üzrə Ordubad rayon turniri keçirilmişdir.

Youthportal.az xəbər verir ki, turnirdə 54 nəfər yeniyetmə iştirak etmişdir. Yarış 5 yaş qrupunda (6-8-10-12-14), İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilmişdir. Turnirin açılış mərasimində Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək, “Milli Dirçəliş Günü”nün tarixində, rayonda idmanın bu növünün kütləviliyinə nail olunmasından iştirakçılara geniş məlumat vermiş və yarışı açıq elan etmişdir. Maraqlı və gərgin keçən yarışın yekun nəticələtinə əsasən 6 yaş qrupunda şəhər İnternat tam orta məktəbinin şagirdi Bağırov Camal, 8 yaş qrupunda oğlanlar arasında Dırnıs kənd tam orta məktəbin şagirdi Babayev Urfan, qızlar arasında şəhər İnternat tam orta məktəbin şagirdi Sadiqova Ebru, 10 yaş qrupunda oğlanlar arasında şəhər 3№-li tam orta məktəbin şagirdi Əzimov Əbülfəz, qızlar arasında Əndəmic kənd tam orta məktəbin şagirdi Qasımova Gülay, 12 yaş qrupunda oğlanlar arasında Dırnıs kənd tam orta məktəbin şagirdi Məmmədli Elcan, qızlar arasında şəhər 3№-li tam orta məktəbin şagirdi Sadiqova Zəhra, 14 yaş qrupunda oğlanlar arasında isə Dəstə kənd 1№-li tam orta məktəbin şagirdi Sadiqov Sənan I yerin qalibi olmuşlar. Sonda qalib şahmatçılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılmışlar

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi