Ru
Bakı
USD
EUR
GBP
RUB

“Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası yekunlaşıb

news photo

20.12.2016 12:00 // Siyasət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş “Zərif əllərimlə” gənc xanımların əl işləri sərgisi layihəsinin icrası yekunlaşıb.

Layihə rəhbəri Yeganə Hüseynzadənin YouthPortal.az – a verdiyi məlumata görə, layihə çərçivəsində ilkin olaraq Biləsuvar rayonunun aktiv gənclərindən ibarət könüllülər qrupu formalaşdırılıb. Həmçinin layihənin ikinci mərhələsində müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən və digər gənc xanımlardan onların əl işlərinin qəbulu aparılıb. Eyni zamanda qəbul zamanı müsabiqəyə dəvət olunmuş ekspertlər və xüsusi qonaqlar müsabiqəyə qatılmış gənc xanımlarla söhbət apararaq onlara öz töhvələrini veriblər. Onu da qeyd edək ki, layihənin həyata keçirilməsinə Biləsuvar rayon Gənclər və İdman idarəsi də yaxından kömək etmişdir. Məhz layihənin növbəti mərhələsində müsabiqə vaxtı bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyi və Biləsuvar rayon Gənclər və İdman idarəsinin dəstəyilə 5 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunmuşdur. Həmçinin ən maraqlı işlər mükafatlandırılmış və müsabiqə qalibləri ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim edilmişdir.

Qeyd edək ki, layihənin məqsədi ümumtəhsil məktəblərdəki yuxarı sinif qız şagirdlərin və rayonda yaşayan digər gənc xanımların ictimai-sosial həyatda aktiv, yaradıcı bir gənc kimi formalaşmasına yardımçı olmaq, gənclərin məsuliyyətli bir vətəndaş kimi inkişafı, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi