Ru
Bakı
USD
EUR
GBP
RUB

“15 sentyabr – Bilik Günü”nə həsr olunmuş gənc müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilib (FOTO)

news photo

16.09.2019 19:26 // Təhsil

13 sentyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının akt zalında  “15 sentyabr – Bilik Günü”nə həsr olunmuş gənc müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Rayon Gənclər və İdman idarəsinin, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının Gənclər Birliyi, Təhsil şöbəsinin gənc müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Eldəniz Qənbərov çıxış edərək qeyd etdi ki, müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir.  Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. 

Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov , Yeni Azərbaycan Partiyası  Ağcabədi  rayon   Təşkilatının əməkdaşı Mehman Novruzov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Turabov və digər qonaqlar bu gün Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirildiyini bildirdilər. Yeni tədris ilində gənc müəllimlərə yeni-yeni  nailiyyətələr və uğurlar arzu etdilər.

Daha sonra söz digər tədbir iştirakçılarına verilmiş eləcədə gənc müəllimlərin fikirləri dinlənildi.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi