Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

news photo

13.12.2016 12:56 // Siyasət

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib.

Youthportal xəbər verir ki, silsilə tədbirlər çərçivəsində YAP Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin fəaliyyəti barədə məlumat alan gənclər Ulu Öndərin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən stendlərə və fotosərgilərə baxıblar.

Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər bir daha əmin olublar ki, Ulu Öndər bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni üçün qətiyyətlə çalışıb. Mərkəzdən zəngin təəssüratla ayrılan gənclər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim gənc nəslin qəlbində yaşayacaq.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi