Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəhriyar Məmmədyarov Kramniki məğlub edib

news photo

28.04.2017 15:08 // İdman

YouthPortal xəbər verir ki, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib. Altı saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub.

Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.

Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb.

VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi