Ru
Bakı
USD
EUR
GBP
RUB

12-ci qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir (FOTO)

news photo

15.08.2019 15:04 // Gənclər üçün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 4 iyun – 4 iyul 2019-cu il tarixlərində 12-ci qrant müsabiqəsini keçirmişdir. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənmişdir.

Youthportal.az xəbər verir ki, 25 iyul tarixində 12-ci qrant müsabiqəsinin qalibi olan Gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərədən istifadə, təsviri və maliyyə hesabatlarının verilmə qaydaları haqqında məlumat verilmiş, eyni zamanda təşkilat nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi