Ru
Bakı
USD
EUR
GBP
RUB

“Gənclər daha yaxşi gələcək uğrunda” kampaniyası çərçivəsində regionlarda təlimlər davam edir

news photo

09.12.2016 13:30 // Siyasət

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində regionlarda təlimlərə start verilib.

ARGTMŞ-dan YouthPortal.az – a verilən məlumata görə, kampaniya çərçivəsində təşkil olunan təlim kurslarının məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin düşüncələrinin öyrənilməsi, təkliflərinin dinlənilməsi, fərqli və bənzər fikir mövqelərin olmasının müəyyən edilməsidir.

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Lənkəran şəhərində 20 gəncin iştirakı ilə keçirilən təlimlər artıq başa çatıb. "Gender bərabərsizliyi və sağlam həyat tərzində gənclərin rolu" mövzusunda keçirilən təlimlər ilk öncə kampaniya haqqında ətraflı məlumat verilib. Daha sonra mövzu ətrafında müzakirələr keçirilib. Təlimin ikinci günündə gənclər əldə etdikləri bilik və bacarıqlarını teatr tamaşasında əks etdiriblər.

Təlimçi Məryəm Məcidova qeyd edib: “Gənclər Daha Yaxşı Gələcək Uğrunda kampaniyası çərçivəsində mənə təlimçi öhdəliklərini verdiyinə görə Gənclər Təşkilatları Milli Şurasına və BMT-nin Əhali Fonduna öz təşəkkürümü bildirirəm. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında keçən il məlumat almışam və 2030-cu ilə qədər 4 nömrəli məqsəd olan Keyfiyyətli Təhsilə öz töhfəmi verəcəyimə öhdəlik götürmüşəm. Mənim üçün keyfiyyətli təhsil, həmçinin qeyri-formal təhsil deməkdir. Dayanaqlı İnkişaf Məqsədləri olan yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil və gender bərabərliyi Azərbaycan gəncliyi üçün çox vacib və maraqlı mövzulardır. Bu təlimlər çərçivəsində qadınlara qarşı zorakılıq, cinsi və gender fərqi, reproduktiv sağlamlıq, stereotiplər və xülafə mövzuları keçirilib. Əsas məqsəd gənclərin bu mövzuda biliklərini artırmaq və bu məqsədlər əsasında gənclər Azərbaycanın gələcək inkişafı uğrunda çalışsınlar”.

Qeyd edək ki, növbəti təlimlər Quba, Şəki və Gəncə şəhərlərində "Gender bərabərsizliyi və sağlam həyat tərzində gənclərin rolu" mövzusunu əhatə edir. Qeyd olunan şəhərlərdə təlimçilər tərəfindən ilkin olaraq kampaniya haqqında ətraflı məlumat veriləcək, daha sonra mövzu ətrafında müzakirələr keçiriləcək. Müzakirələr zamanı gənclər həmçinin öz təkliflərini səsləndirirəcəklər. 2 gün davam edən təlimin növbəti günündə iştirakçılar əldə etdikləri biliklər əsasında teatr-əsaslı təlimlərdə iştirak edəcəklər. Sonda iştirakçıların təltifetmə mərasimi keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin

Əhali Fondunun dəstəyi ilə start verilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyasının məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimləndirilməsi ilə maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarı ilə Dayanıqlı İnkişaf Məqsədinin çatılmasında gənclərin rolunun artırılmasına nail olmaqdır. Kampaniya gənclərin daha yaxşı gələcəkdə yaşamasının təminatcısı kimi onların məşğulluq, təhsil sahəsində çatışmazlıqlar, HİV/QİÇS mövzusunda məlumat azlığı məsələlərini önə çixarmaqla aparıcı təbəqənin ictimai-sosial mövqeyinin formalaşmasında və asudə vaxtının təşkilində yaşanan problemləri, eləcə də gender problemləri və erkən nikah kimi mövzuları əhatə edir.

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası zamanı dayanıqlı inkişaf məqsədlərini təşviq edən və müxtəlif maarifləndirici, statistik məlumatların, qrafiklərin özündə əks olunduğu video-infoqrafiklərin hazırlanması, sosial şəbəkələrdə tanıtım işinin aparılması, 17 dayanıqlı inkişaf məqsədlərindən Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə təzahür edən sosial video-çarxların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması nəzərdə tutulub. Kampaniya çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin düşüncələrinin öyrənilməsi, təkliflərinin dinlənilməsi, fərqli və bənzər fikir mövqelərin olmasının müəyyən edilməsi məqsədilə Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində təlim kursları təşkil olunacaq.

Kampaniya müddətində Gənclər Təşkilatları Milli Şurasının üzvü olan 114 gənclər təşkilatı və digər gənclər təşkilatları arasında sorğu keçiriləcəkdir. Sorğunun əsas məqsədi DİM-in məlumatlılığ səviyyəsini müəyyənləşdirmək, aktual məsələ və vəzifələri aşkarlamaqdır.

Sorğuda 300 nəfər gəncin iştirakı planlaşdırılır. Sonda sorğunun nəticələri ilə bağlı hesabat hazırlanaraq ictimaiyyətə çatdırılacaq.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cüdoçumuz Belarusda çempion oldu

19 avqustda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi