Ru
Bakı
USD
EUR
GBP
RUB

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində bir pillə irəliləyib

news photo

11.08.2016 16:32 // İdman

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Hesabında 253 xal olan Azərbaycan milli komandası 136-cı yerdə qərarlaşıb. Millimiz ötən ayla müqayisədə bir pillə irəliləyib. Hesabat dövründə heç bir oyun keçirməyən yığmamızın xal hesabı dəyişməyib. Buna digər ölkələrin nəticələri səbəb olub. Ötən ay millimizi qabaqlayan Salvador 12, Kuba 30 pillə geriləyərək daha aşağı pillələrə yuvarlanıb.

Reytinq siyahısında dünyanın ən güclü 10 komandasının mövqeyində də heç bir dəyişiklik olmayıb. Argentina birinci, Belçika ikinci, Kolumbiya isə üçüncü sıradakı mövqelərini qoruyub.

Millimizin 2018-ci ildə keçiriləcək dünya çempionatındakı rəqiblərindən Almaniya, Şimali İrlandiya və San-Marinonun da mövqeyi dəyişməyib. Çexiya ilə Norveç isə bir pillə geriləyib. Almaniya 4-cü (ötən ay da 4-cü), Şimali İrlandiya 28-ci (28), Çexiya 34-cü (33), Norveç 50-ci (49), San-Marino 200-cü (200) yerdə qərarlaşıb.

Azərtac

Digər xəbərlər

Xəbər lenti

Bitkoin ucuzlaşmaqda davam edir

6G-da sürət 1 TB/s-yə yaxınlaşacaq

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 25 dəfə pozulub

18 noyabrda gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi