Ru
Bakı
USD
EUR
GBP
RUB

Nərimanov rayonunda “ABAD məhəllə” layihəsi çərçivəsində mini-futbol və şahmat turnirlərinin rayondaxili mərhələsi keçirilib

news photo

06.12.2018 16:35 // İdman

05 dekabr 2018-ci il tarixdə “ABAD məhəllə” layihəsi çərçivəsində Nərimanov rayonu Qafur Rəşad küçəsində yeni salınmış stadionda mini-futbol və şahmat  turnirlərinin rayondaxili mərhələsi keçirilib.

Youthportal.az xəbər verir ki, turnirlərin açılış mərasiminində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçisi Salman Əbdülov, fəal gənclər, məktəblilər və məhəllə sakinləri iştirak etmişlər.

Açılış mərasimində çıxış edərək Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov qeyd etdilər ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işləri və əhalinin səmərəli istirahəti  xüsusi yer tutur. Görülən işlərin nəticəsi olaraq, son illər ərzində paytaxtda xeyli sayda “Abad həyət” sakinlərin istifadəsinə verilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri  şəhərsalmanın müasir tələblərinə uyğunlaşdırılır. Görülən işlər paytaxtın Nərimanov rayonundan da yan keçməyib. Məhəllələrdə “nümunəvi həyət”lərin salınması da görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində müxtəlif parklar, bir sıra binaların qarşısında yeni “Abad məhəllə” salınıb, mövcud məhəllələr isə yenidən qurulur. 

Yarışlarda mini-futbol üzrə 4 komanda tərkibində 40 nəfər və şahmat üzrə isə 8 komanda tərkibində 24 nəfər (12 nəfər qız və 12 nəfər oğlan) məhəllə yeniyetmələri iştirak etmişdir. 

Yarışda mini-futbol üzrə I yeri “Gənclik” komandası, II yeri “Qarabağ” komandası, III yeri “Ulduz” komandası, IV yeri  isə “Təbriz” komandası, şahmat üzrə isə qızlar arasında I yeri Yasəmən Məmmədova, II yeri Fidan Abdullayeva, III yeri Ülviyyə Novruzzadə, oğlanlar arasında isə I yeri Rəvan Uğuzov, II yeri Emil Mirzəyev və III yeri isə Adil Xəlilli tutmuşlar.

Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi