Ru
Bakı
USD
EUR
GBP
RUB

"Biosferin çirklənməsinin bəzi antropogen amillərinin ekoloji təhlili" kitabı nəşr olunub

news photo

06.12.2018 16:56 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları tərəfindən hazırlanan "Biosferin çirklənməsinin bəzi antropogen amillərinin ekoloji təhlili" kitabı rus dilində çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, kitabda ətraf mühitin zərərli maddələrin təsirindən mühafizəsinə aid olan məsələlər öz əksini tapıb. Kitabda diqqətə çatdırılır ki, hasil olunan neft yalnız istehsalat resursu deyil, o, həmçinin biosferanı çirkləndirən əsas məhsul hesab oluna bilər.

Nəşrdə kimyəvi tullantıların əmələ gəlməsi və zərərsizləşdirilməsinə geniş yer verilib. Neft kimyasının müxtəlif sahəsində səthi aktiv maddələrin tətbiqinin ekoloji və iqtisadi cəhətdən aktuallığı qeyd edilib. Bir sıra kimyəvi elementlərin zəhərli xassələri və biokimyəvi rolu araşdırılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi