Ru
Bakı
USD
EUR
GBP
RUB

“And yerimiz vətən” adlı şeir müsabiqəsi keçirilib (FOTO)

news photo

06.12.2018 16:13 // Cəmiyyət

05 dekabr 2017-ci il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin və Babək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək qəsəbə 2№-li tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “And yerimiz vətən” adlı şeir müsabiqəsi keçirilib. 

Youthportal.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılmasından ibarət idi.

Müsabiqə başlamadan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Aytəkin Süleymanova və Təhsil Şöbəsinin əməkdaşı Əbdüləli Mirzəyev çıxış ediblər. 

Müsabiqədə 21 məktəbdən 25 şagird iştirak etmişdir. Münsiflərin yekun rəyi nəticəsində I yerin sahibi Kərimbəyli kənd tam orta məktəbinin şagirdi Zalova Həyat Damət qızı, II yerin sahibi Hacıvar kənd tam orta məktəbinin şagirdi Hacıyeva Duyğu Nicat qızı, III yerin sahibi isə Vayxır kənd tam orta məktəbinin şagirdi İsmayılova Nurgül İsmayıl qızı olub . Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi