Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib (FOTO)

news photo

06.12.2018 09:30 // Təhsil

Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib.

ADU-dan Youthportal.az-a bildiirlib ki, tədbirdə könüllülük haqqında ümumi məlumat verilib. Bildirilib ki, könüllülük şəxsin iradəsi və sərbəst seçiminə əsaslanan, əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü fəaliyyətin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyət, eləcə də sosiallaşmaya təkan verən bir əyləncə növü olduğu vurğulanıb.

ADU-nun Linqvokulturologiya kafedrasının müdiri, professor Məxməxanım Qazıyeva universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitet tələbələrinin məcburi köçkün məktəblərində pedaqoji təcrübəyə cəlb edilməsindən danışıb. O, bildirib ki, bu layihədə iştirak edən müəllim və tələbələr könüllü fəaliyyət göstəriblər.

Tədbirə qatılan Dünya Gənclərinin Alyansı İctimai Birliyinin prezidentiSəyavuş Əlizadə,“BİR” Tələbə Könüllü proqramının sədri Canoğlan İlyasov və Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevkönüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar, ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını vurğulayıblar.Səyavuş Əlizadə konüllüluk fəaliyyətinin dünyagörüşünün artmasında mühüm rol oynadığını bildirib.Canoğlan İlyasov isə ölkədə könüllülük mədəniyyətinin inkişaf etdiyini qeyd edərək “Bir” Tələbə Könüllü proqramının yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Könüllülük hərəkatına hər kəsin öz istək və arzusu ilə qoşulduğunu bidirənADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qeyd edib ki bu hərəkat xoş mərama qulluq edir. Prorektorun sözlərinə görə, Azərbaycanda 20 mindən çox könüllünün olması və onların sayının artması sevindirici haldır. O, çıxışının sonundatədbirinin əhəmiyyətini vurğulayaraq onun təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə könüllülüklə bağlı tələbələrə arasında aparılan sorğu və könüllü fəaliyytlə məşğul olan şəxslər haqqında videoçarxlar nümayiş olunub.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi