Ru
Bakı
USD
EUR
GBP
RUB

“Respublika G ənclər Debat Forumu: Payız 2018” uğurla yekunlaşdı (FOTO)

news photo

05.12.2018 14:27 // Gənclər üçün

1000-dən çox gənci əhatə edən “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi çərçivəsində fəaliyyətini yekunlaşdı. “Dövlətlərin sahib olduğu hərbi gücün sivil münasibətlərin inkişafında rolu” sahəsində mövzularda debatlar aparılan forum  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilmişdir.

DVC-dən Youthportal.az-a bildiirlib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli 2867 nömrəli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində Bakı şəhəri və 12 regional nümayəndəlikdə(Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir, Ağdam, Biləsuvar, Şirvan və Sabirabad rayon və şəhərləri) yerləşən ali və orta ixtisas təhsili müəssisələrində 1000 gəncin iştirakı ilə təlimlər, turnirlər və forumlar həyata keçirilmişdir. Qeyd etmək olar ki, Bakı şəhərinin ali təhsil müəssisələrində artıq daxili turnirlər başa çatmışdır və Azərbaycan bölməsi üzrə 14 univeristetdən 35, Rus bölməsi üzrə isə 9 universitetdən 16 komandaolmaqla ümumilikdə 51 komanda Bakı Gənclər Debat Forumunda iştirak edərək final mərhələsinəqədər gəlib çıxmışdır.Ümumilikdə forum ərzində Respublika üzrə 400-dən çox komanda iştirak etmişdir.

Tədbirin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları universitet adından salamlayaraq, debatçılara öz təbriklərini çatdırıb. Həmçinin Fariz İsmayılzadə öz çıxışında debatın gənclər və tələbələrin ictimai fəallığında və təhsil həyatında olan yararlarından söhbət açlıb.

Daha sonra çıxış edən İntiqam Babayev uğurla yekunlaşmış “Respublika Gənclər Debat Forumu: Payız 2018” münasibəti ilə gənclərimizi təbrik edərək, bu gün ölkə başçısı Cənab İlham Əliyevin gəncər sektoruna dəstək və qayğısından bəhs edib. Daha sonra nazir müavini öz çıxışında layihə ərzində fəal fəaliyyəti ilə seçilən Gənclər və İdman İdarələri, Gənclər Evləri və Regional debat Mərkəzlərini də təbrik edərək gələcək fəaliyyətlərind uğurlar arzulayıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman şöbəsinin böyük məsləhətçisi Həmid Nəsibov çıxışında “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyini 20 illiyini qeyd etməsi münasibəti ilə təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin Həmid Nəsibov çıxışının davamında forum ərzində iştirak etmiş Bakı və 12 regional debat mərkəzdən olan debatçıları təbrik edərək gələcək fəaliyyətlərdə daha böyük nəticələr əldə olunmasını arzulayıb.

Daha sonra çıxış edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev rəsmilər və tədbir iştirakçılarına “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi ərzində Sentyabr-Noyabr aylarında həyata keçirilən təlimlər, ekspertlərlə görüş, forumlar haqqında məlumat vermişdir. Bundan əlavə Ələkbər Mustafayev öz çıxışında layihə müddətində fəaliyyətə daima dəstək göstərmiş Gənclər və İdman İdarələri, Gənclər Evləri və Regional Debat Mərkəzlərinə öz təşəkkürünü və təbriklərini çatdırmışdır. 

Rəsmi çıxışların ardından mükafatlandırma mərasimində layihə çərivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” ilə əlaqədar ideyalarının gənclər arasında təbliğatının aparılmasında fəaliyyətinə görə 7 regional debat mərkəzi və 15-dən çox Gənclər və İdman İdarələri, Gənclər Evləri diplomla təltif edilmişdir. Bundan sonra maraqla gözlənilən an olan “Respublika Gənclər Debat Forumu: Payız 2018”-in qalib komandasının mükafatlandırılma mərasimi baş tutmuşdur. Belə ki, forumun qalibi Bakı Dövlət Universitetinin “Əl-qərəz” komandası olmuşdur. Həmçinin qeyd edək ki, “Bakı Gənclər Debat Forumu: Payız Kuboku 2018” layihəsinin Rus bölməsi üzrə qalibi “Angeli Dıyavola” komandası olmuşdur. “Respublika Gənclər Debat Forumu: Payız 2018”-in finalçısı isə Gəncə şəhərini təmsil edən komandası olmuşdur. Bundan əlavə forumun ən yaxşı 10 natiqi sıralama uyğun olaraq, Fərid Heydərov (BDU), Ramil Baxışəliyev (BDU), Hüseyn Bağırov (BDU), İsbəndiyar İsgəndərov və Elşən Tağıyev (Gəncə), Gündüz Əliyev (Gəncə), Həsən Hüseynov (Şəki), Gülmirə Məmmədova (Mingəçevir), Mübarək Aydəmirov (Mingəçevir), Anar Qurbanov (Sumqayıt), Ülvi Məmmədli (Şəki) olmuşdur.

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (bundan sonra – RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Qeyd edək ki, Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Hazırda 12 Regional Debat Mərkəzi və paytaxtla yanaşı regionlarda 200-dən çox təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Bildirmək istərdik ki, Milli Debat Proqramı gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsi istiqamətində fəaliyyətinin 20 illiyini qeyd edir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi