Ru
Bakı
USD
EUR
GBP
RUB

İyirmi minə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaradılıb (FOTO)

news photo

05.12.2018 12:46 // Gənclər üçün

Hər il dekabrın 5-i BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Təhsil Nazirliyindən Youthportal-a bildiriblər ki, bu qurumun “Bir” Tələbə-Könüllü Proqramı ölkənin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli proqramdır.

Altı istiqamətdə fəaliyyət göstərən proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Proqram Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 20 minə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaradıb. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir.

Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlim, kurs, seminar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Bunun sayəsində könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübələri artırılır və karyera imkanları genişləndirilir.

Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarında ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər.

Proqram tərəfindən “Elektron könüllü portalı” yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Eyni zamanda, bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər.

Minlərlə tələbə-könüllü 3 il ərzində 380 yerli və beynəlxalq səviyyəli tədbirin təşkilinə dəstək verib. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək könüllül ola bilərlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi