Ru
Bakı
USD
EUR
GBP
RUB

Yüksək riskli qruplardan olan gənclərə psixoloji və hüquq yardımın göstərilməsi davam etdirilir

news photo

05.12.2018 10:50 // Gənclər üçün

“Rezonans” Gənclərin İctimаi Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Yüksək riskli qruplardan olan və cəzaçəkmə müəssisələrindən azad edilən gənclərə sosial-psixoloji, hüquqi yardımının göstərilməsi və reabilitasiyası” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

Youthportal.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihənin digər istiqaməti azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətə adaptasiyası, problemlərinin həlli və digər çətinliklərinin aradan qaldırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində hazırlanmış “Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər tədbirlərdə məhkumlara və cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edilib.

 

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi