Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı "İdeya Planlama Xidməti"-nə start verdi

news photo

04.12.2018 17:45 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi qərb regionunda "İdeya  Planlama Xidməti"nin ilk təlimlərinə başlayıb.  "İdeya Planlama Xidməti"nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf,layihələrin yazılışı, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaq.

Mərkəzdən Youthportal.az- bildirilib ki, bu gündən başlayan ilk təlim  "Layihələrin yazılışı və idarəolunması " mövzusu üzrə nəzəri biliklərin gənclər tərəfindən daha yaxşı qavranılması üçün "tətbiq edərək öyrənmək" texnikalarından istifadə edilib. Qrup məşğələləri formatında davam edən təlim “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” –nın könüllülər  üzrə koordinatoru Mobil Qarayev tərəfindən keçirilmişdir.

Növbəti təlimləri regionun aparıcı sahibkarları və peşəkar ekspertlərin keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin ideyalarının  reallaşdırılmasına  hesablanan bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi